İçərişəhərdə yeniyetmə musiqiçiyə qarşı İYRƏNC CİNAYƏT – BIÇAQLA HƏDƏLƏYİB...
    • 20-02-2020, 12:22
    • 1 358

İçərişəhərdə yeniyetmə musiqiçiyə qarşı İYRƏNC CİNAYƏT – BIÇAQLA HƏDƏLƏYİB...

Bakıda yeniyetmə musiqiçiyə qarşı quldurluq əməli törətmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, noyabr ayında törədilmiş hadisə ilə bağlı Tağıyev Orxan Ağahüseyn oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim İradə Həsənzadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında bir nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə zamanı soyulan C.Rüstəmbəyli yeniyetmə musiqiçidir və ölkəmizin yeni istedadlarından sayılır.