-
- 3-07-2019, 16:09
- 1 616
Bakıda mərmər sexində oğurluq
Bakıda quldurluq etmiş şəxslər barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində Məmmədov Feyruz Məhəmməd oğlu və Quliyev Məmmədalı Qulu oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun icraatına verilib.
Qeyd edək ki, hadisə keçən il dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qəsəbədə yerləşən mərmər sexinə gəlmiş naməlum şəxslər orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparıb.