OpenAI "SearchGPT" axtarış sistemini işə salacaq
    • Dünən, 22:10
    • 52

OpenAI "SearchGPT" axtarış sistemini işə salacaq

OpenAI, süni intellekt chatbot ChatGPT-nin tərtibatçısı, yeni axtarış funksiyalarının prototipi olan “SearchGPT”ni sınaqdan keçirdiyini açıqlayıb.

News24.az xəbər verir ki, OpenAI tərəfindən edilən açıqlamada, "SearchGPT"nin istifadəçilərə "aydın və uyğun qaynaqlarla sürətli və vaxtında cavablar" təqdim etmək üçün süni intellekt modellərinin gücünü internetdən alınan məlumatlarla birləşdirmək üçün nəzərdə tutulduğu ifadə edilib.

Açıqlamada, sözügedən axtarış sisteminin istifadəsinin geribildirim almaq üçün kiçik bir istifadəçi və nəşriyyat qrupu ilə başlayacağı bildirilib.

Bu prototipin müvəqqəti olduğu və bu xüsusiyyətlərin ən yaxşılarının gələcəkdə birbaşa ChatGPT-yə inteqrasiyasının planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, OpenAI-nin baş icraçı direktoru Sem Altman öz yazısını “Biz onu ChatGPT-yə birləşdirəcəyik” mövzusunda paylaşıb. 

Günel Məlikzadə