"Apple" istifadəçi məlumatlarını OpenAI ilə paylaşacaq?
    • 11-06-2024, 23:20
    • 306

"Apple" istifadəçi məlumatlarını OpenAI ilə paylaşacaq?

Apple, WWDC 2024 tədbirində, ChatGPT süni intellekt botunun yaradıcısı OpenAI ilə əməkdaşlıq etdiklərini elan edib.

News24.az xəbər verir ki, bu müqavilə ilə süni intellekt Siri vasitəsilə iPhone cihazlarına inteqrasiya olunacaq.

Baş verən hadisələrdən sonra X-in sahibi Elon Musk sosial media hesabında iPhone istifadəçilərinin məlumatlarının OpenAI-a ötürüləcəyi ilə bağlı narahatlıqla reaksiya verib.

Mask, süni intellektin prosessor səviyyəsində inteqrasiya olunacağı təqdirdə, sahibi olduğu şirkətlərdə Apple məhsullarının istifadəsini qadağan edəcəyini bildirib.

Bu hadisələrdən sonra istifadəçilərin beynində sual işarələri yaranmağa başlayıb.

WWDC-də etdiyi açıqlamada Apple, yeni süni intellekt sisteminin məxfiliyə əsaslanacağını və əksər əməliyyatları cihazın özündə yerinə yetirəcəyini söyləyib.

ABŞ texnologiya nəhəngi bütün xarici hesablamaların özəl bulud hesablamaları adlı yeni prosedur vasitəsilə həyata keçiriləcəyini qeyd edib və bu funksiyanın istifadəçilərin məlumatlarını təhlükəsiz saxlayacağını iddia edib.

Həmçinin bildirilib ki, istifadəçilərin icazəsi olmadan məlumatların OpenAI ilə paylaşılması mümkün deyil.

Günel Məlikzadə