Mask cinsiyyət dəyişdirən övladından danışdı:
    • 24-07-2024, 12:32
    • 239

Mask cinsiyyət dəyişdirən övladından danışdı: "Oğlumu virus öldürdü"

Tesla və SpaceX-in baş direktoru İlon Mask, uşağının cinsiyyətinin dəyişdirilməsi prosesinə razılıq verməsi üçün "aldadıldığını" söyləyib. Mask hesab edir ki, “oyanmış ağıl virusu” məcazi mənada oğlunu öldürüb.

News24.az xəbər verir ki, Mask bu şərhi bazar ertəsi Dr.Cordan Petersonla müsahibəsində uşaqlarda cinsiyyətin dəyişdirilməsi prosedurlarını həyata keçirən həkimlər haqqında fikirlərini soruşduqda edib. Həm Mask, həm də Peterson bu təcrübəni "pis əməl" adlandırıblar.

Mask, indi Vivian Jenna Wilson adını istifadə edən uşağı Xavier ilə yaşadığı təcrübənin, o vaxtdan bəri "məhv edəcəyinə" söz verdiyi "oyanmış ağıl virusu" adlandırdığı şeyə gözlərini açdığını söyləyib.

"Bu, mənim böyük oğullarımdan birinin başına gəlib, məni aldatdılar və böyük oğullarımdan biri Xavierin adından sənədləri imzaladım. Bu, nə baş verdiyini başa düşməzdən əvvəl idi. Covid davam edirdi, buna görə də çox qarışıqlıq var idi. Mənə dedilər ki, Xavier bunu etməsə intihar edə bilər..." Mask deyib.

Bunu təşviq edən insanların həbsə atılması lazım olduğunu iddia edən Mask oğlunun müalicə almasına razılıq verdiyi zaman ona istifadə edilən dərmanların “sterilizasiya dərmanı” olduğunun izah edilmədiyini bildirib.

Mask cinsiyyətini dəyişən oğlu haqqında bunları deyib: “Əslində mən oğlumu itirdim. Buna bir səbəbə görə ölü adlandırma deyirlər. Səbəb oğlunuzun ölməsidir. Oğlum Xavier öldü, oyanmış ağıl virusu tərəfindən öldürüldü" dedi.

Oğlunun öldürüldüyündə israr edən Mask, "Bundan sonra oyanmış ağıl virusunu məhv edəcəyimə söz verdim" dedi.

Bildirək ki, Vivian Mask 2022-ci ilin iyununda transseksual olduğunu açıqlayıb. O zaman 18 yaşı olan Mask adının Xavierdən Viviana dəyişdirilməsi və anasının soyadını götürməsi üçün müraciət edib.

"Mən artıq bioloji atamla heç bir şəkildə qohum olmaq istəmirəm" dedi Vivian.

Günel Məlikzadə