-
- 22-06-2024, 11:20
- 487
Azərbaycan nefti BAHALAŞDI
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,5 dollar və ya 0,57 faiz artaraq 88,49 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 85,24 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar azalaraq 80,73 dollar təşkil edib.