Meşədə çətənə yetişdirən şəxs saxlanıldı
    • Bu gün, 11:32
    • 90

Meşədə çətənə yetişdirən şəxs saxlanıldı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.