Yunanıstanın kral ailəsinin yeganə üzvü öldü
    • Dünən, 23:14
    • 79

Yunanıstanın kral ailəsinin yeganə üzvü öldü


Yunan kral ailəsinin yeganə üzvü olan Yunanıstan və Danimarka şahzadəsi Maykl 85 yaşında Afinada vəfat edib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə “Katimerini” nəşri məlumat yayıb.

Qeyd olunur ki, o, 1967-ci il dekabrın 13-də kral Konstantinin xuntanı devirməyə cəhd etdiyi hadisələrdən sonra Yunanıstan kral ailəsinin ölkəni tərk etməyən yeganə üzvü olub.

Maykl eyni zamanda kral ailəsinin Yunan vətəndaşlığına sahib olan yeganə üzvü idi, Afina bələdiyyəsinin siyahıya alınmasında o, "Mişel De Qrès" olaraq qeyd edilib.