-
- 30-05-2019, 16:57
- 872
Təhsil Nazirliyi universitet yataqxanalarının təmirinə başlayıb
«2019-cu ildə 50 modul tipli məktəbin tikintisi nəzərdə tutulub».
News24.az-ın məlumatına görə, bunu Təhsil nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov deyib. O qeyd edib ki, artıq həmin işlərin layihə sənədləri hazırlanır: «Bu il eyni zamanda 36 məktəbin açılışı nəzərdə tutulub. Həmin məktəblərin payına bir peşə məktəbi, iki inernat, 2 məktəbəqədər təhsil müəssisəsi daxil edilib. 2019-2020-ci dövlər proqramında nəzərdə tutuluub ki, Bakıda 65 məktəbin tikintisi, 55 məktəbin təmiri nəzərdə tutulub. Regionlar üzrə 159 məktəbin tikintisi, 256 məktəbin isə əsaslı təmiri nəzərdə tutulur.
2003-2018-ci illərdə 3200-dən çox məktəb binası tikilərək istifadəyə verilib. Bunlardan 941-i Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib.
Bu il 350 təhsil müəssisəsində yararsız qaz sayğacları yeniləri ilə əvəz olunacaq, 110 təhsil müəssisəsinə isə yeni qaz xətləri çəkiləcək".
X.Qasımov onu da əlavə edib ki, Təhsil Nazirliyi tərəfindən ali məktəblərlə bağlı müəyyən işlər aparılır: «Dövlət Neft Sənaye Universiytetinin 800 nəfərlik yataqxanası artıq tikilib istifadəyə verilib. 6 ali təhsil müəssisəsində isə birgə layihələr həyata keçiririik. Bu layihələrin artıq 3-də tikinti işləri başlayıb. Birinci Gəncə Dövlət Universitetinin 3 yataqxanasında 792 yerlik yataqxananın əsaslı təmiri həyata keçirilib, ikinci - Dövlət İqtisad Universitetinin yeni tədris binasının tikintisidir, artıq bu işlərə başlanılıb, növbəti ilin may ayında istifadəyə veriləcək. Üçüncü isə Lənkəran Dövlət Uversitetidir ki, burada 156 yerlik yeni yataqxananın tikintisinə başlanıb. Sentyabr ayından istifadəyə veriləcək».
Afaq Mirayiq