-
- 11-03-2020, 15:18
- 924
Bakıda ər ona hörmət qoymayan arvadını DOĞRADI
Bakıda həyat yoldaşını öldürməyə cəhd göstərmiş kişi barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Xəzər Rayon Prokurorluğunda Hüseynov Emin Ədalət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Qeyd edək ki, hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Hüseynov Emin Ədalət oğlu törədib.
Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.
Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.
Cütlüyün 2 övladı var.