-
- 29-07-2024, 12:29
- 239
İstanbul səmasında ZAMANLA YARIŞDILAR
İstanbul Sabiha Gökçen hava limanından havaya qalxan Dalaman reysində hamilə sərnişinin səhhətində problem yaranıb.
News24.az xəbər verir ki, təyyarədə aparılan yoxlamalar zamanı uşağın ana bətnində tələf olduğu məlum olub.
Bunun üzərinə pilot Sabiha Gökçen Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayaraq vəziyyəti xəbər verib.
Sərnişin üçün təcili olaraq dayanacaq yerinə həkim briqadası və təcili yardım maşını göndərilib.
Pilot və kabin heyəti sərnişini dərhal xəstəxanaya çatdırmaq üçün zamanla yarışıb.
Sərnişin qadın xəstəxanaya aparılıb.
Məryəm İlhamqızı