Havada QORXULU ANLAR
    • Bu gün, 13:38
    • 67

Havada QORXULU ANLAR

ABŞ-ın hava yollarından biri olan United Airlines şirkətinə məxsus sərnişin təyyarəsi "bioloji təhlükə" səbəbindən Vaşinqtondakı Dulles hava limanına eniş edib.

News24.az xəbər verir ki, New York Post-un məlumatına görə, Hyuston Corc Buş Qitələrarası Hava Limanından Bostona uçan UA2477 reys nömrəli Boeing 737-800 tipli sərnişin təyyarəsində bir çox sərnişinin xəstələnməsi və qusmağa başlamasından sonra “bioloji təhlükə” olduğu müəyyən edilib.

Təyyarə Vaşinqtondakı Dalles hava limanına təhlükəsiz eniş edib.

Təyyarədə olan 155 sərnişin və 6 nəfərlik heyətin səhhətinin yaxşı olduğu və tibbi müdaxiləyə ehtiyac olmadığı bildirilərkən, United Airlines təyyarənin Dulles Hava Limanında "geniş təmizlik"dən keçəcəyini bildirib.

Məryəm İlhamqızı