Sərnişin qatarı aşdı: Ən azı 100 nəfər xəsarət aldı - VİDEO
    • Bu gün, 15:09
    • 114

Sərnişin qatarı aşdı: Ən azı 100 nəfər xəsarət aldı - VİDEO

Rusiya xəbər agentlikləri Rusiyanın cənubundakı Volqoqrad vilayətində hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 100 nəfərin xəsarət aldığını bildirib.

News24.az xəbər verir ki, səkkiz vaqonunun relsdən çıxdığını və hadisə yerinə təcili tibbi yardım qruplarının gəldiyi bildirilib. Qatarda təxminən 800 sərnişinin olduğu da deyilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi “Təbii yardımların hadisə yerində olduğunu” və bölgədə 324 fövqəladə hallar işçisinin çalışdığını bildirib.

Qeyd edə ki. Kotelnikovo stansiyası yaxınlığından hadisə yerinə təcili tibbi yardım helikopterləri göndərilib.

Günel Məlikzadə