-
- 29-07-2024, 21:11
- 199
Dünya rekordçusu öldü
Konkisürmə üzrə 500 metr məsafəyə qaçışda dünya rekordçusu, Yuri Sergeyev 99 yaşında vəfat edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Konkisürmə İttifaqının Telegram kanalında məlumat verilib.
Qurum əfsanəvi idmançının ailəsinə və yaxınlarına başsağlığı verib. Ölümün səbəbləri açıqlanmır.
Sergeyev 1952-1956-cı illərdə 500 metr məsafəyə qaçışda dünya rekordu vurub. Bu müddət ərzində o, nailiyyətini dörd dəfə yaxşılaşdırıb. Sergeyev 1956-cı il Olimpiya Oyunlarının iştirakçısı, SSRİ-nin əməkdar idman ustası və ölkənin əməkdar məşqçisi olub.