Ana körpə oğlunu ÖLDÜRDÜ
    • 30-07-2024, 10:02
    • 324

Ana körpə oğlunu ÖLDÜRDÜ

Krasnoyarskın Uyar rayon sakini dörd aylıq oğlunu ölümcül döyməkdə şübhəli bilinərək saxlanılıb. 

News24.az xəbər verir ki, İstintaq Komitəsinin bölgə üzrə Baş İstintaq İdarəsindən verilən məlumata görə, qadın körpəni sakitləşdirmək üçün onun başını divanın qoltuqaltısına vurub.

İstintaqın məlumatına görə, iyulun 25-də axşam saatlarında 33 yaşlı qadın üç yaşlı oğlunun pis davranışı və yeni doğulmuş körpəsinin ağlamasından əsəbiləşərək kiçik uşağını döyüb. Sonrakı bir neçə gündə isə körpə özünü yaxşı hiss etməyib, solğun və zəif olub.

İyulun 27-də o, oğlunu döyməyə davam edib. Həmin an yıxılaraq onu əzib və uşaq ölüb. 

Şübhəli şəxs bu barədə rayon prokurorluğuna danışıb.

Qeyd edək ki, körpəyə qapalı kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub.

Müəyyən edilib ki, qadın analıq məzuniyyətindədir və uşaqları tək böyüdür. 

Bu hadisədən sonra böyük oğlu rayon xəstəxanasında müşahidə altına alınıb.


Məryəm İlhamqızı