Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb
    • 11-06-2022, 17:28
    • 365

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.

hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub. Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə kəllə əsası sınığları, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınığları diaqnozu qoyulub.

Hazırda İ.Abdullayev travmotik şokun 3-cü dərəcəsindədir.

Faktla bağlı araşdırma aparılır. /Report/