Qızı tərəfindən bıçaqlanan ata ÖLDÜ
    • Bu gün, 11:51
    • 69

Qızı tərəfindən bıçaqlanan ata ÖLDÜ

Türkiyənin Isparta şəhərində dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə ötən gecə saat 23:30 radələrində Şarkikaraağaç rayonunun Salur kəndində baş verib. 

D.Z. ilə atası Osman Zeybek arasında naməlum səbəbdən mübahisə düşüb. Artan mübahisədə D.Z atasını sinəsindən bıçaqlayıb. 

Xəbər verildikdən sonra hadisə yerinə həkim qrupları sövq edilib. Osman Zeybek ilkin tibbi yardımdan sonra təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polis D.Z-ni saxlayıb və hadisə ilə bağlı araşdırma başlayıb.


Məryəm İlhamqızı