-
- 30-07-2024, 12:34
- 195
Ancelina Coli və Bred Pittin oğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Ancelina Coli və Bred Pittin oğlu Paks kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Ötən gün Paks Los-Angelesdə qəzaya düşüb. Coli və Pittin oğlu elektrikli velosipedini avtomobilə çırpıb. Qeyd olunur ki, oğlan dəbilqəsiz hərəkət edirmiş. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəlib.
Şahidlərin dediyinə görə, Paks omba nahiyəsindəki ağrılardan şikayətlənib. O, həmçinin kəllə-beyin travması alıb və xəstəxanaya aparılıb.
Jurnalistlərin sözlərinə görə, həkimlər Coli və Pittin oğlunun beyinə yüngül qan sızması ola biləcəyindən qorxublar. Lakin sonradan verilən məlumata görə, oğlanın vəziyyəti stabildir və yaxın zamanda evə buraxılacaq.
Məryəm İlhamqızı