«Bakı metrosunda intihara cəhd edən xanımın ölüm xəbəri yalandır»- «Bakı Metropoliteni» QSC-dən AÇIQLAMA
    • 31-05-2019, 11:25
    • 1 228

«Bakı metrosunda intihara cəhd edən xanımın ölüm xəbəri yalandır»- «Bakı Metropoliteni» QSC-dən AÇIQLAMA

«Bakı metrosunda intihara cəhd edən Asya Əmirova sağdır, saytlar mənim adımdan doğru olmayan xəbər yayırlar». 

Bunu News24.az-a «Bakı Metropoliteni»QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, 54 yaşlı Bakı sakini Asya Əmirovaya ilkin tibbi yardımlar göstərilib və təcili yardım maşınıyla xəstəxanaya aparılıb. B.Məmmədov onu da əlavə etdi ki, məsələ ilə bağlı aidiyyatı qurumlara xəbər verilib. 

Qeyd edək ki, hadisə 9:35-də baş verib. Intihara cəhd edən 54 yaşlı Bakı sakini Asya Əmirovadır. Qadın relslərin arasında çıxarılıb. Hadisədən az sonra qatarların hərəkəti bərpa olunub. 

Afaq Mirayiq