Meşə yanğınları beyinə də mənfi təsir göstərir
    • 30-07-2024, 15:37
    • 429

Meşə yanğınları beyinə də mənfi təsir göstərir

ABŞ-da aparılan və nəticələri Alzheimer Dərnəyinin Beynəlxalq Konfransında təqdim edilən araşdırma, yanğın tüstüsünün təsirinin intensivliyindəki hər mikroqram artımın demans diaqnozu ehtimalını təxminən 21 faiz artırdığını göstərib.

News24.az xəbər verir ki, Vaşinqton və Pensilvaniya universitetlərindən olan elm adamları 2009-2019-cu illər arasında Cənubi Kaliforniyada yaşayan 1,2 milyon yaşlı insanın sağlamlıq qeydlərini araşdırıblar.

Tədqiqatçılar havanın çirklənməsinə səbəb olan PM 2.5 (diametri 2,5 mikrometrdən az olan incə hissəciklər) 3 il ərzində insanların nə qədər məruz qaldığını hesablamaq üçün hava keyfiyyəti məlumatlarından istifadə ediblər.

Qeyd edək ki, tədqiqatçılar, sözügedən məlumatların meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsinin beyin funksiyalarına mənfi təsirinin daha yüksək olduğunu ifadə edə biləcəyini ortaya qoyublar.

Günel Məlikzadə