İsrail döyüş təyyarələri Livan səmasında
    • Dünən, 21:30
    • 56

İsrail döyüş təyyarələri Livan səmasında

Hizbullah hərəkatı Livan səmasında səs baryerini pozan İsrail döyüş təyyarələrinin təsbit edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, təyyarələrə müdaxilə edildiyi, atəş açıldığı və geri dönməyə məcbur edildiyi bildirilib.

Livanın baş naziri Nəcib Mikati açıqlamasında deyib: “Hərtərəfli müharibə təhdidləri və hədə-qorxu livanlıların öz torpaqları üzərindəki haqlarına riayət etmələrinə və bütün qanuni vasitələrlə onu müdafiə etmələrinə mane olmayacaq”.

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü işğal altındakı Qolan təpələrinə edilən ölümcül raket hücumunda Hizbullahı günahlandırıb və "cavabımız sərt olacaq" deyib.

Qeyd edək ki, hücumda 12 uşaq həyatını itirib.

Netanyahu deyib: “İsrail dövləti buna imkan verməyəcək. Hücuma cavab verəcəyik və cavabımız sərt olacaq" dedi.

Hizbullah isə hücuma görə məsuliyyəti rədd edib.

Lakin bu hadisə Hizbullah və İsrail arasında davam edən münaqişənin daha da böyüyəcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Günel Məlikzadə