Hizbullah İsrailə 20 raket atdı
    • 8-07-2024, 08:49
    • 205

Hizbullah İsrailə 20 raket atdı

Mavi xətt kimi tanınan İsrail-Livan sərhədində qarşıdurmalar davam edir.

News24.az xəbər verir ki, İsrail qüvvələrinin Livanın Bekaa vadisində həyata keçirdiyi hücumda Hizbullahın müdafiə bölməsinin baş mühəndisi Maitham Mustafa əl-Attarın həlak olduğu bildirilib.

Livan Hizbullahının İsrailin şimalında həyata keçirdiyi hücumda bir israillinin ağır yaralandığı və bölgədə yanğının başladığı bildirilib.

İsrail ordusundan verilən yazılı açıqlamada Livanın cənubundan İsrailin şimalındakı Aşağı Cəlil bölgəsinə təxminən 20 raket atıldığı, bəzilərinin isə məhv edildiyi bildirilib.

Qeyd edək ki, Hizbullah İsrailin şimalındakı Tiberiasın qərbindəki İsrail hərbi bazasını Katyuşa raketləri ilə hədəfə aldığını açıqlayıb.

Günel Məlikzadə