“Hizbullah-İsrail müharibəsi qaçılmaz deyil”
    • Dünən, 21:50
    • 58

“Hizbullah-İsrail müharibəsi qaçılmaz deyil”

ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə axşamı Manilada birgə mətbuat konfransında danışıb.

News24.az xəbər verir ki, Ostin İsraillə Hizbullah arasında müharibənin qaçılmaz olduğuna inanmadığını və Vaşinqtonun hadisələrin diplomatik yolla həllini istədiyini bildirib.

Ostin bu açıqlamaları ABŞ dövlət katibi Antoni Blinkenlə filippinli həmkarları Gilberto Teodoro və Enrike Manalo arasında təhlükəsizlik danışıqlarından sonra verib.

İsrailin müdafiə naziri Yoav Gallant amerikalı həmkarı Lloyd Ostinə deyib ki, İsrail Hizbullahı işğal altındakı Qolan təpələrinə edilən ölümcül hücuma görə məsuliyyət daşıyacaq.


Günel Məlikzadə