Maşınla 75 yaşlı qadını vurub öldürdü – AZƏRBAYCANDA
    • 29-05-2019, 10:57
    • 1 256

Maşınla 75 yaşlı qadını vurub öldürdü – AZƏRBAYCANDA

Zaqatalada ağır yol qəzası törətmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

News24.az-ın məlumatına görə, keçən ilin oktyabrın 21-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 126-cı kilometrliyində piyada qadını vurub öldürən Əhmədov Tofiq Saleh oğlu barəsində Cinayət Məcəlləsinin 263.2-ci, yəni ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə iş açılıb. İşin materialları Zqatala Rayon Məhkəməsinə göndərilib və hakim Elbrus Məmmədovun icraatına verilib. 
Qeyd edək ki, Zaqatala rayonunun Muğanlı kənd sakini, 1943-cü il təvəllüdlü Məryəm İslam qızı Əhmədova rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən Əliabad qəsəbəsinin sakini Tofiq Saleh oğlu Əhmədovun idarə etdiyi “Opel Vectra” markalı minik avtomobili tərəfindən vurulub. Yaralı ağır qapalı kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.