-
- 30-07-2024, 23:50
- 243
"Günvurma” xəbərdarlığı edildi
Yaponiyada "günvurma" xəbərdarlığı edilib.
News24.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamada ölkənin bir çox bölgəsində yüksək temperaturun müşahidə ediləcəyi bildirilib.
Açıqlamada ölkənin paytaxtı Tokioda temperaturun 37 dərəcəyə çatması gözlənildiyi bildirilib.
Qeyd edək ki, Yaponiyanın Ətraf Mühit Nazirliyi də 31 prefekturada günvurma ehtimalı barədə xəbərdarlıq edib.
Günel Məlikzadə