Hindistanda ölənlərin sayı 148 nəfərə çatdı
    • 31-07-2024, 10:38
    • 224

Hindistanda ölənlərin sayı 148 nəfərə çatdı

"Hindustan Times"-ın məlumatına görə, Kerala əyalətinin rəsmiləri dünən Wayanad bölgəsində baş verən sürüşmə ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, torpaq sürüşmələrində həyatını itirənlərin sayının 148-ə yüksəldiyini bildirən səlahiyyətlilər, axtarış-xilasetmə işlərinə Hindistan ordusundan təxminən 600 əsgərin qatıldığını bildirib.

Matəm elan edilən Kerala əyalətinin səlahiyyətliləri yüzlərlə itkin düşmüş şəxsin axtarışlarının davam etdiyini və leysan səbəbindən bölgədəki təhsil müəssisələrinin bu gün bağlanılacağını açıqlayıb.

Hindistan Milli Konqres Partiyasının prezidenti Mallikarjun Kharge də Vayanaddakı sürüşmələri "milli fəlakət" kimi qiymətləndirib.

Xatırladaq ki, Hindistanın cənubundakı Kerala əyalətində ötən gün güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib, infrastruktur və yollara ciddi ziyan dəyib. Zərər çəkmiş Çoralmala kəndində 200 ev dağılıb.

Hindistanın baş naziri Narendra Modi X hesabında “Mənim dualarım yaralananlarla və yaxınlarını itirənlərin hamısı ilədir”, - deyə paylaşıb.


Məryəm İlhamqızı