-
- 13-06-2024, 12:15
- 206
Yanğın faciəsi: Ölənlərin 40-ı..
Küveytin Manqaf bölgəsində əcnəbi işçilərin qaldığı 6 mərtəbəli binada baş verən yanğında 49 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi həyatını itirənlərdən 40-nın Hindistan vətəndaşı olduğunu açıqlayıb.
Açıqlamada həyatını itirən Hindistan vətəndaşlarının Kerala və Tamil Nadu əyalətlərindən olduğu, 50 hindistanlının isə yaralandığı bildirilib.
Hindistanın baş naziri Narendra Modi yanğından sonra verdiyi açıqlamada həyatını itirənlərin yaxınlarına başsağlığı verib. “Küveytdə baş verən uğursuz yanğın çox kədərlidir. Yaralıların tezliklə sağalmasını arzulayıram". Modi əlavə edib ki, Hindistan səfirliyi məsələni yaxından izləyir və yerli hakimiyyət orqanları ilə əlaqə saxladıqlarını deyib.
Səhər Küveytə yola düşən Hindistanın Dövlət Naziri Kirti Vardhan Sinq həyatını itirənlərin şəxsiyyətinin DNT testləri ilə müəyyən edildiyini qeyd edərək, “Hava qüvvələrinə aid təyyarəmiz hazırdır. "Şəxsiyyətlər müəyyənləşdikdən sonra ailələrə məlumat verəcəyik və meyitləri ölkəmizə gətirəcəyik".
Yerli KİV-lər binada 196 işçinin olduğunu və onun tutumundan artıq işçinin işlədiyini bildirib.
Digər tərəfdən, həyatını itirənlər arasında Pakistan, Banqladeş, Filippin və Nepal vətəndaşları ilə yanaşı Hindistan vətəndaşlarının da olduğu bildirilib.
Günel Məlikzadə