"Qalatasaray" "Mançester Yunayted"in üzvü ilə razılığa gəldi
    • Bu gün, 13:28
    • 105

"Qalatasaray" "Mançester Yunayted"in üzvü ilə razılığa gəldi

"Mançester Yunayted"in üzvü Skott Maktominay karyerasını Türkiyədə davam etdirə bilər.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, onun xidmətində "Qalatasaray" maraqlıdır.

Qeyd olunub ki, "cim-bom" yarımmüdafiəçisi ilə şəxsi razılığa gəlib.

27 yaşlı oyunçu 2017-ci ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.

Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.