-
- 31-07-2024, 21:36
- 271
Azərbaycanlı aktrisanı QINADILAR: “Oğlun ölüb, sən burada istirahət edirsən”
Aktrisa Zülfiyyə Eldarqızı “Xəyanət” serialından ayrılıb.
News24.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktrsia yeni mövsümdən etibarən həmin serialda rol almayacağını bildirib.
Bunun səbəblərinə gəlincə, o, serialda hekayəsinin bitməsi ilə əlaqələndirib:
“Növbəti mövsümdə izləyicilər məni “Xəyanət”də görməyəcəklər. Mənim, Rəfiqənin və Dilarənin hekayəsi bitdiyi üçün daha o serialda olmayacağam. Amma bu serial mənə çox uğur gətirdi. Bir il müddətində yaradıcı komanda ilə bir ailə kimi olduq. Obrazım tamaşaçılar tərəfindən maraqla qarşılandı. O qədər gözəl mesajlar yazdılar ki… Hətta ən acı tamaşaçı mesajları belə məni xoşbəxt edirdi. Demək ki, obrazım təbii alınıb. Bu yaxınlarda səfərdə idim. Bir tamaşaçımız yazmışdı ki, oğlun ölüb, sən burada istirahət edirsən. Onların serialı bu qədər maraqla izləmələri məni çox sevindirir. Yeni seriallarda tamaşaçılarımla görüşəcəyəm. Yeni layihələrə təkliflər alıram və hələ ki dəyərləndirirəm”.