Psixoloq açıq havada istirahətin faydalarından DANIŞDI
    • Dünən, 22:04
    • 57

Psixoloq açıq havada istirahətin faydalarından DANIŞDI

Açıq havada istirahət beyin üçün faydalıdır.

News24.az Medicina.az-a istinadla xəbər verir ki, bu barədə “kp.ru”ya psixoloq Olqa Danilenko məlumat verib.

“Təbiətdə istirahət insan üçün faydalıdır və beyni boşaltma rejiminə keçirməyə kömək edir. İstənilən təbii mühit beynin stresini azaldır”, - deyə psixoloq qeyd edib.

O, göz oxşayan və hər bir insanın öz zövqünə xitab edən mənzərəni axtarıb tapmağı məsləhət görüb.

Həkimin sözlərinə görə, belə bir yerdə istirahət gözlərdəki və sinir sistemindəki gərginliyi aradan qaldırmağa kömək edəcək.

“Bundan əlavə, bu yolla insan öz emosiyalarını və dərin hisslərini daha intensiv aktivləşdirə bilər”, - deyə Danilenko qeyd edib.

Xatırladaq ki, daha öncə çinli alimlər təbiətdə vaxt keçirməyin fiziki və psixi sağlamlıq üçün faydalı olmaqla yanaşı, həm də prososial davranışı – başqalarına kömək etmək istəyini təşviq etdiyini aşkarlayıblar.