Ağ ayaqqabıların TƏMİZLƏNMƏ ÜSULU
    • 31-07-2024, 16:12
    • 667

Ağ ayaqqabıların TƏMİZLƏNMƏ ÜSULU

Aldığımız zaman qar kimi ağ olan ayaqqabılarımız zaman keçdikcə rəngini itirib, çirklənməyə məruz qala bilər. Rənginə görə çirki saxlamağa çox meyilli olan ağ ayaqqabılar boz çalarlarda görünəndə və ya ləkələrə görə saraldıqda əksər insanlar ayaqqabıları paltaryuyan maşında yuyaraq təmizləyirlər.

News24.az xəbər verir ki, paltaryuyan maşında ayaqqabıların yuyulması daha tez xarab olmasına və köhnəlməsinə səbəb olur. Ayaqqabıların köhnəlməsinin qarşısını almaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. Tərkibində natrium bikarbonat olan və effektiv təmizləmə təmin edən diş fırçası ayaqqabıların təmizliyini qoruyur.

Ayaqqabıların təbii ağlığını qaytarmaq üçün istifadə edilən bu üsul yalnız iki materialdan ibarətdir. Əvvəlcə ağ diş pastası götürün və ayaqqabıda bir parça buraxın. Sonra təmiz bir diş fırçası götürün və bu məcunu ayaqqabıların ləkələnmiş sahələrinə yaxşıca çəkin. Basaraq tətbiq etdikdən sonra ayaqqabıları təxminən 5 dəqiqə qurumağa buraxın. Daha sonra ayaqqabıları nəm bir parça ilə təmizləyərək ləkələrdən qurtula bilərsiniz.


Məryəm İlhamqızı