Məşhur dizayner siçovullardan AYAQQABI HAZIRLATDI - FOTO
    • 9-11-2023, 20:42
    • 307

Məşhur dizayner siçovullardan AYAQQABI HAZIRLATDI - FOTO

"İmran Potato” təxəllüsü ilə tanınan amerikalı dizayner İmran Moosvi siçovul formasında ayaqqabılar buraxıb.

News24.az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, öz İnstaqram səhifəsində paylaşıb.

Yerləşdirilən kadrlarda dizayner sözügedən ayaqqabıların ayaqda necə göründüyünü nümayiş etdirib. Belə ki, fotoda geniş cins şalvarlı birinin qarınları aşağı çevrilmiş uzun quyruqlu boz siçovullar şəklində hazırlanmış ayaqqabıda necə gəzdiyi göstərilir.

Abunəçilər Moosvini dəstəkləyərək şərhlərdə ayaqqabıların tərzini yüksək qiymətləndiriblər. 

“Sadəcə yaratmağa davam edin”, “Mənə bu ayaqqabılar lazımdır”, “Mən onları istəyirəm”, “Küçələrin buna ehtiyacı var”, “Onlara bütün pendirimi göndərəcəyəm” - deyə istifadəçilər şərh bildirib.