-
- 1-08-2024, 21:01
- 196
İnanılmaz fakt: İlk zəncirli mişar doğuş üçün istifadə olunub - FOTO
Zəncirli mişarlar ilk dəfə doğuşa kömək etmək üçün tibbi bir alət kimi icad edilmişdi.
News24.az Lent.az-a istinadla xəbər verir ki, Zəncirli mişar 1830-cu ildə alman həkimi Bernhard Heine tərəfindən doğuş zamanı körpənin doğum kanalında ilişib qalması halında ananın ətini, qığırdaqını və sümüyünü kəsmək üçün istifadə edilmişdir.
Daha sonra 20-ci əsrin əvvəllərində ağacları kəsmək üçün mişarlardan istifadə olunmağa başlandı. İlk zəncirli mişarlar təbii ki, əllə fırladılırdı. Daha sonra ona daxili yanma mühərriki əlavə olundu.
Sizə ilk zəncirli mişar və onun zamanla dəyişən prototiplərinin şəkillərini təqdim edirik: