-
- 23-12-2022, 10:43
- 595
Xərçəngi bu yolla müalicə edəcəklər - İLK SINAQ UĞURLA KEÇDİ
Tokio Universitetinin alimləri uşaqlıq boynu, döş və melanoma xərçəngi hüceyrələrini tapmaq və məhv etmək üçün süni DNT-dən istifadə ediblər.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri universitetin saytında yerləşdirilib.
Bir çox şiş immun sisteminin tanıya bilmədiyi həddindən artıq miqdarda miRNA (miR-21) ifraz edir, və buna görə də xərçəng hüceyrələrini canlı saxlayır.
Alimlər xərçəng hüceyrələrində xərçəng mikroRNT-ləri ilə birləşən, sonra isə tamamlayıcılıq prinsipinə uyğun olaraq açılan və bir-birinə bağlanan bir cüt DNT molekulu hazırlayıblar.
İki zəncirli DNT-nin görünüşü xərçəng hüceyrələrini məhv edən immunitet sisteminə siqnal kimi xidmət edib. Bu immun cavab həmçinin xərçəng şişinin daha da böyüməsinin qarşısını alıb.
Alimlər öz molekullarını insan uşaqlıq boynu xərçəngi, üçlü mənfi insan döş xərçəngi və siçan melanoma hüceyrələri üzərində uğurla sınaqdan keçiriblər.
Alimlərin təcrübələri immun sisteminin DNT-dən istifadə edərək xərçəngə qarşı reaksiyasını aktivləşdirmək üçün yeni dərmanların yaradılmasına imkan verəcək.
Teymur Məmmədov