Tramp və Harris arasındakı SƏS FƏRQİ
    • 1-08-2024, 12:53
    • 258

Tramp və Harris arasındakı SƏS FƏRQİ

“The Cook Political Report” adlı sorğu şirkəti ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı son 60 gündə apardığı 15 sorğunun nəticələrini toplayıb.

News24.az xəbər verir ki, müvafiq olaraq, ABŞ prezidenti Co Bayden namizədliyini geri götürməzdən əvvəl onunla Tramp arasında rəqibinin xeyrinə orta hesabla 2,7 ballıq fərq var idi.

Lakin Bayden namizədliyini geri götürdükdən və Harris mümkün namizəd kimi gündəmə gəldikdən sonra demokratların səs nisbəti 44,7 faizdən 46,2 faizə yüksəlib.

Beləliklə, 47,5 faiz səs toplayan Trampla Harris arasındakı xal fərqi 1,3-ə düşüb.

Qadınların əksəriyyəti Harrisə, kişilərin əksəriyyəti Trampa üstünlük verdiyi halda, qaradərili amerikalıların 72,4 faizi Harrisə, 19,3 faizi isə Trampa səs verməyi planlaşdırır.


Məryəm İlhamqızı