Qızlarına təcavüz edib, hamilə qoyan ata..
    • 1-08-2024, 22:40
    • 240

Qızlarına təcavüz edib, hamilə qoyan ata..

Zonguldakda iki qızına qarşı cinsi zorakılıq etdiyi iddiası ilə həbs edilən Ergin A. həbsxanada cinsi orqanını kəsib. 

News24.az xəbər verir ki, 17 yaşlı qızın Zonguldak Doğum və Uşaq Xəstəxanasında müayinəsi zamanı 18 həftəlik hamilə olduğu bilindikdən sonra qızın cinsi zorakılığa məruz qaldığı müəyyən edilib.

Qız ifadəsində atası Ergin A.-nın 2-3 ildir ki, ona cinsi təcavüz etdiyini açıqlayıb. Ergin A.-nın digər 15 yaşlı qızı jandarmaya atasının ona da cinsi təcavüz etdiyini bildirib.

İki qızının ifadələrindən sonra kənddəki evində jandarma tərəfindən saxlanılan Ergin A. həbsxanaya göndərilib.

Qeyd edək ki, təxminən bir həftə Zonguldak M Tipi Qapalı Cəzaçəkmə Müəssisəsində qalan Ergin A. iyulun 25-də cinsi orqanını kəsib.

Həbsxanaya gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Ergin A. və kəsilmiş cinsi orqanı xəstəxanaya aparılıb.

Xəstəxanada müalicə alan Ergin A.-nın jandarmaya verdiyi ifadəsində orqanını özü kəsdiyini və kimsədən zərər görmədiyini bildirdiyi öyrənilib. Ergin A.-nın cinsi orqanına tikiş vurulub.

Ergin A. yenidən həbsxanaya göndərilib, uşaqlar isə dövlət himayəsinə götürülüb.

Günel Məlikzadə