Uşaq Evində qalan qıza cinsi istismar iddiası
    • 29-05-2024, 23:10
    • 276

Uşaq Evində qalan qıza cinsi istismar iddiası

Türkiyədə Uşaq Evində qalan 14 yaşlı qıza cinsi təcavüz edildiyi iddia edilib.

News24.az xəbər verir ki, Uşaq Evində qalan S.Z məmurlara bildirib ki, müəssisənin işçisi Tuqay A. onu evinə aparıb və ona qarşı cinsi istismar edib.

Qeyd edək ki, Tuqay A.-nın ona heç kimə deməməsi üçün təzyiq etdiyini deyən S.Z.-nin ifadəsini pedaqoq müşayiət edib. Hadisə ilə bağlı araşdırma başlanarkən, Tuqay A. dünən nəzarətə götürülüb. Tuqay A. edilən əməliyyatların ardından həbs olunub.

Günel Məlikzadə