"Əbədi siçan" yaradılacaq
    • Bu gün, 18:04
    • 58

"Əbədi siçan" yaradılacaq

Kompüter avadanlığı istehsalçısı kimi tanınan "Logitech" şirkətinin baş direktoru Hanneke Faber geniş müsahibə verib.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, söhbət zamanı menecer şirkətin ekoloji təmizliyə və davamlılığa yönəlmiş gələcək məhsulları haqqında danışıb.

Yeniliklər arasında "əbədi siçan" diqqəti cəlb edib. Onun əsas üstünlükləri azaldılan tullantı miqdarı (yeni cihazda batareya dəyişikliyinə ehtiyac yoxdur) və artan xidmət müddətidir.

Faberin fikrincə, istifadəçilər yalnız proqram təminatını yeniləməli və ya abunə haqqını ödəməli olacaqlar ki, bu da cihazı daha sərfəli edəcək.