-
- 1-08-2024, 16:24
- 445
Pezeşkian gözyaşlarını saxlaya bilmədi - FOTO
İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin vida mərasimində ağlayıb.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.
Pezeşkian Əli Xamenei ilə birgə cənazə namazı qılarkən ağlayıb.
Qeyd edək ki, vida mərasimindən sonra İsmayıl Haniyənin nəşi Qətərə aparılacaq və avqustun 2-də Dohada dəfn olunacaq.