Həbsdən çıxıb 3 uşaq anası olan arvadını öldürdü
    • 1-08-2024, 17:22
    • 313

Həbsdən çıxıb 3 uşaq anası olan arvadını öldürdü

Türkiyədə həbsdən çıxan kişi arvadını öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Denizli şəhərinin Tavas qəsəbəsində baş verib. 10 gün əvvəl həbsdən çıxan 36 yaşlı Mehmet Ali E. arvadı 3 uşaq anası 34 yaşlı Muge E.-ni döyərək öldürüb.

Hadisə ilə bağlı əməliyyat keçirən polislər cinayətdə əli olan 3 nəfəri saxlayıblar. Bundan sonra mərhum qadının əri Mehmet Ali E. də saxlanılıb. O, ifadəsində bildirib ki, həbsdə olarkən arvadı onu aldadıb.

Məlum olub ki, qadın əri həbsdən çıxan gün sosial mediada xoşbəxt olması ilə bağlı paylaşım edərək, sevincini bölüşüb.

Hazırda saxlanılan 4 nəfərlə bağlı araşdırmalar davam etdirilir.