-
- 2-08-2024, 10:22
- 253
Haniyəni kim əvəz edəcək?
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasiminə qatılmaq üçün Tehranda öldürülüb.
News24.az xəbər verir ki, Haniyənin qətlindən sonra HƏMAS-ın yeni siyasi liderinin kim olacağı da maraq doğurur.
Onun müavini, həm də Qətərdə mühacirətdə yaşayan Xalid Məşəl adı ən çox çəkilənlərdəndir.
1997-ci ildə İsrailin sui-qəsd cəhdindən sağ çıxması Məşəli bütün dünyada tanıdıb.
Bildirək ki, HƏMAS-ın aparıcı simalarından biri olan Xalid Məşəl sui-qəsd cəhdinin hədəfi olan zaman İordaniyanın paytaxtı Əmmanda olub. İsrail agentləri Əmmandakı ofisinin düz qarşısında küçədə Məşala iynə ilə zəhər vurublar. Məşəl hadisə yerində ölməyib.
Günel Məlikzadə