"Kiyev MDB çərçivəsində 134 sazişdən çıxıb"
    • 2-08-2024, 12:37
    • 135

"Kiyev MDB çərçivəsində 134 sazişdən çıxıb"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kiyev Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində 134 sazişdən çıxıb, lakin bu, üzv dövlətlər arasında əməkdaşlığa təsir etməyib.

“MDB İcraiyyə Komitəsi Kiyevin 134 sazişdən çıxması barədə məlumatlandırılıb. Bu, şübhəsiz ki, Ukraynanın işidir, lakin artıq dəfələrlə dediyimiz kimi, bu cür addımlar ilk növbədə Ukrayna xalqının maraqlarına zərbə vurur. Çünki MDB insanların ehtiyaclarına və həyati əhəmiyyətli sahələrdə əməkdaşlığa yönəlmiş platformadır”.

News24.az xəbər verir ki, bu sözləri Mariya Zaxarova öz açıqlamasında bildirib.

Zaxarova qeyd edib ki, Ukrayna Birlik çərçivəsində 200-dən çox beynəlxalq müqavilənin tərəfi olaraq qalır. Bunlar əsasən ticarət, iqtisadi, sosial və humanitar fəaliyyətlərə aiddir və Kiyev hakimiyyəti üçün praktiki maraq kəsb edir. Sənədlərə xüsusilə 18 oktyabr 2011-ci il tarixli azad ticarət zonası sazişi daxildir 

Məryəm İlhamqızı