Tramp görün nə qədər ianə topladı
    • 2-08-2024, 12:58
    • 127

Tramp görün nə qədər ianə topladı

İyulda ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki kampaniyası üçün 138,7 milyon dollar ianə toplanıb.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Trampın seçki kampaniyasının rəsmi saytında açıqlama verilib.

ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından çəkildiyi və onun yerinə namizəd göstərilməsini təklif etdiyi vitse-prezident Kamala Harrisin komandası iyulun 22-də ABŞ prezidenti Co Baydenin prezidentliyə namizədliyini irəli sürdükdən sonra Harrisə son 24 saat ərzində 81 milyon dollar bağışlandığını açıqlayıb. 

ABŞ mətbuatında yer alan xəbərlərə görə, sözügedən rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeyd edilib.

Digər tərəfdən, Harrisin seçki kampaniyasının ilk həftəsində toplanan ianə məbləğinin 200 milyon dollara çatdığı açıqlanıb.

Günel Məlikzadə