Tramp həbsxana köynəklərini sataraq rekord məbləğ qazandı
    • 27-08-2023, 15:51
    • 138

Tramp həbsxana köynəklərini sataraq rekord məbləğ qazandı

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki kampaniyası üçün bir gündə rekord məbləğdə 7,1 milyon dollar ianə toplayıb.

News24.az  xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Məlumata görə, Tramp təkcə avqustun 25-də 4,18 milyon dollar ianə toplaya bilib. 

Bu günə qədər Trampın seçki qərargahı indiyə qədər heç vaxt 24 saat ərzində buna bərabər böyük məbləğ toplaya bilməyib.

Qeyd edə ki, keçmiş ABŞ prezidenti bu məbləği üzərində 24 avqustda baş verən həbsi zamanı çəkilmiş fotoşəkili olan malların satışından qazanıb.

Günəş Mərd