-
- 2-08-2024, 13:00
- 134
İnfarkt keçirən gəncin beyni 33 dərəcə SOYUDULDU
Sinə ağrısı və təngnəfəslik şikayətləri ilə getdiyi xəstəxanada növbə gözləyərkən infarkt keçirən 23 yaşlı Mehmet Göçer həkimləri belə təəccübləndirərək həyata tutunmağı bacarıb.
News24.az xəbər verir ki, ürəyi 30 dəqiqə dayanan gəncin beyin ödemi, ürək və böyrək çatışmazlığı yaranıb. 3 gün yatızdırılan və hipotermiya adlanan beyin soyutma müalicəsi tətbiq edilən Göçer, həkimlərinin 'aşağı ehtimal' verməsinə baxmayaraq həyata tutuna bilib.
Beykent Universiteti Xəstəxanası Kardiologiya Bölüm Başçısı Dos. Savaş Sarıkaya hadisə ilə bağlı belə deyib:
“Xəstə gələndə huşunu itirmiş və intubasiya edilmişdi. Pasiyentimizin ürəyinin əsas arteriyasında tıxanma aşkar edərək angioqrafiya şöbəsinə apardıq. Biz balon və stentlə ürək damarını çox qəfil və tez açdıq. Belə xəstələrin 60-70 faizi, əgər evdedilərsə demək olar ki, 100 faizi ölür. Gənc xəstələrdə ölüm nisbəti daha yüksəkdir. Çünki dərin köklü damarlar gənclərdə inkişaf etmədiyi üçün yaşlılardan fərqli olaraq bu damarlar birdən tıxanır və ürəyin özünü qoruma mexanizmləri ön planda olmur".
Müalicənin növbəti mərhələsini izah edən Beykent Universiteti Xəstəxanasının Yetkin Reanimasiya Mütəxəssisi və Anestezioloqu Uğur Altan Işık isə bu sözləri deyib:
“Xəstə bizə gələndə vəziyyəti ağır idi. Ciddi beyin ödemi var idi və böyrək çatışmazlığı başlamışdı. Bunun üçün hipotermiya protokolumuz var. Bu, dünyada qəbul olunmağa başlayan bir protokoldur. Xüsusi cihazla beyin 72 saat soyudulur, sonra tədricən isinir. Beyin bütün bədənlə birlikdə 32-33 dərəcəyə qədər soyudulur. Xəstə isə tədricən isindikdən sonra yenidən oyandı"
Məryəm İlhamqızı