-
- 2-08-2024, 13:11
- 290
“Apple” şirkəti ötən rüb üzrə mənfəətini açıqladı
Apple 29 iyunda başa çatan 2024-cü ilin üçüncü rübü üzrə maliyyə hesabatını dərc edib.
News24.az xəbər verir ki, sənədə əsasən, şirkətin üçüncü maliyyə rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 85,8 milyard dollar, xalis mənfəəti isə 19,9 milyarddan 21,4 milyard dollara çatıb.
Eyni zamanda iPhone satışları 1% azalaraq 39,3 milyard dollar, Mac satışları isə 2% artaraq 7 milyard dollar olub. 2024-cü ilin may ayında satışa çıxarılan yeni modelin sayəsində iPad-in gəliri illik müqayisədə 20% artaraq 7,1 milyard dollara çatıb.
AirPods, Apple Watch və digər aksesuarların satışından əldə edilən gəlir ötən ilin eyni dövründəki 8,3 milyard dollardan bir qədər azalaraq 8,1 milyard dollar təşkil edib. Apple Music və Apple TV+ kimi xidmətlərdən əldə olunan gəlir 24,2 milyard dollara (21,2 milyard dollardan) yüksəlib.
Şirkət həmçinin qeyd edib ki, bütün regionlarda aktiv cihazların sayı artıb. Lakin dəqiq məlumatlar açıqlanmayıb.
Məryəm İlhamqızı