"McDonalds" nə qədər qazandı?
    • 1-05-2024, 11:49
    • 395

"McDonalds" nə qədər qazandı?

McDonald's 2024-cü ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.

News24.az xəbər verir ki, McDonald's gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 6,17 milyard dollara çatıb. Müqayisə üçün bildirək ki, şirkət 2023-cü ilin eyni rübündə təxminən 5,9 milyard dollar gəlir əldə edib.

Restoranlar şəbəkəsinin mağaza satışları 1,9% artsa da, bazarın 2,1 faizlik artım gözləntilərini qarşılaya bilməyib.

McDonald's-ın strateji tərəfdaşlara françayzinq hüquqlarını lisenziyalaşdırdığı "International Enhanced Licensed (IDL) Markets" qrupunda satışlar Yaxın Şərqdə davam edən müharibənin təsiri səbəbindən mənfi performans göstərib.

McDonald's-ın xalis mənfəəti birinci rübdə 7 faiz artaraq 1,9 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə isə 1,8 milyard dollar mənfəət əldə edib.

Şirkətin ötən ilin ilk rübündə 2,45 dollar olan səhm üzrə mənfəəti 2024-cü ilin ilk rübündə 2,66 dollara yüksəlsə də, bazar gözləntilərinin altında qalıb.

Günel Məlikzadə