Zukerberq 46 milyard itirdi - SƏBƏB
    • 2-08-2024, 13:38
    • 420

Zukerberq 46 milyard itirdi - SƏBƏB

Meta Platforms ötən gün ilin ikinci rübü üçün maliyyə hesabatını açıqlayıb. 

News24.az xəbər verir ki, üç aylıq dövrdə 39,07 milyard dollar gəlir və 13,46 milyard dollar xalis gəlir əldə etdiyini bildirən sosial media nəhəngi, müxtəlif virtual reallıq investisiyalarında pul itirməyə davam edir.

Meta Platforms-un metaverse, artırılmış reallıq (AR) və virtual reallıq (VR) texnologiyalarının inkişafına yönəlmiş Reality Labs bölməsi əhəmiyyətli itkilərlə üzləşir. Platforma ötən ilin eyni dövründə 3,73 milyard dollar zərər görüb, son rübdə isə 4,48 milyard dollar zərər verdiyini bildirib.

Onu da qeyd edək ki, VR eynəkləri və Ray-Ban smart eynəklərindən əldə edilən gəlir 28 faiz artaraq 353 milyon dollara çatıb. Bununla belə, Reality Labs 2020-ci ildə qurulduğu gündən bəri 46,54 milyard dollar itki ilə bağlı məlumat verib. Bu o deməkdir ki, Meta-ya baha başa gəlib.

Artan itkilərə baxmayaraq, CEO Mark Zuckerberg və Meta; Reality Labs-a böyük sərmayə qoymağa davam edir. Facebook və Instagram kimi xidmətlərin qazancı sayəsində Meta bu maliyyə təsirini udmağa qadirdir.

Günel Məlikzadə