AQTA əməkdaşları bölgələrdə sahibkarlarla görüşüb
    • 31-05-2019, 18:09
    • 1 177

AQTA əməkdaşları bölgələrdə sahibkarlarla görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu tədbirlər çərçivəsində Agentliyin əməkdaşları növbəti dəfə Gəncədə sahibkarlarla görüşüblər.

AQTA-dan News24.az-a verilən məlumata görə, tədbirdə Gəncə və ətraf rayondan olan 100-ə yaxın sahibkar iştirak edib. Agentliyin əməkdaşları onlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat veriblər.

Tədbirdə qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb. Həmçinin, müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi tədbir iştirakçıların diqqətinə çatdırılıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.