-
- 7-10-2019, 18:01
- 1 126
Xırdalan və Gəncə məktəblərində "Fast food”un zərərlərindən danışılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan News24.az-a verilən məlumata görə, “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan şəhər 2 saylı tam orta məktəblə Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbdə baş tutub. Görüşlərdə şagirdlərə əvvəlcə layihə və Agentliyin fəaliyyət istiqaməti barədə məlumat verilib, qida təhlükəsizliyi ilə bağlı hazırlanan sosial videoçarxlar təqdim edilib. Sonra məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə məlumat verilib.
Agentliyin əməkdaşları şagirdlərə qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması, bu sahədə ilkin vərdişlərin formalaşdırılması istiqamətidnə metodiki tövsiyyələr veriblər. Qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydalarına diqqət çəkilib. Həmçinin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin “1003” Çağrı Mərkəzinə müraciət etmələri bildirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.
Afaq Mirayiq